Ermənilərin hücum xəbərinə rəsmi reaksiya

"Hamı bunun təxribat olduğunu dərk edir. Ermənistan işğal etdiyi torpaqlardan gec-tez çıxmalı olacaq. Təxribat və "siyasi cığallıq" yolu ilə zaman uzatmağın mənası yoxdur və bu sülh prossesinə mənfi təsir göstərir. Bu cür təxribatlar Ermənistanın onsuzda aşağı olan simasını daha da aşağılayır".
"Ermənistanın işğalçı dövlət adı onsuz da üzərindədir. Rəsmi İrəvanın ilk atmalı olduğu addım Azərbaycanın işğal altında saxladığı ərazilərini boşaltmaqdır. Bu gün Ermənistan beynəlxalq hüquq normalının tələblərinə hörmət etməyən tərəfdir. Ermənistanın üzərində olan işğalçı dövlət adı olduqca ağırdır. Ermənistan bu adı üzərindən götürməyə çalışmalı və işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bizim sülh danışqlarını davam etdirməyimizin əsas məqsədi torpaqlarımızın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Əks halda Azərbaycan istənilən üsulla və istənilən dillə Ermənistanla danışa bilər", - deyə XİN-in mətbuat katibi bildirib.
Teqlər: