Rusiyada Mi-8 helikopteri qəzaya uğradı

   Rusiyada Mi-8 helikopteri qəzaya uğradı
  27 İyul 2023    Oxunub:989
Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Bu barədə TASS-ın fövqəladə hallar xidmətindəki mənbəsi bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində daha 7 nəfər xəsarət alıb. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. “112” Telegram kanalının məlumatına görə, helikopter Altayda eniş edərkən yanıb. Hadisə rayonun Tunqur kəndində baş verib.

Qəzaya səbəb kimi Mi-8-in eniş zamanı elektrik naqilləri ilə toqquşması olub.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti