Tranzit marşrut kimi İran hava limanlarından imtina olunur

Tranzit marşrut kimi İran hava limanlarından imtina olunur
  27 İyul 2023    Oxunub:1089
İran hökumətinin məcburi hicab siyasəti hətta xarici şirkətlərin İran aeroportlarından tranzit marşrut kimi istifadə etməsinə də öz neqativ təsirini göstərir.
AzVision.az xəbər verir ki, Mülki Aviasiya təşkilatının keçmiş vitse-prezidenti Əlirza Mənzəri xarici aviaşirkətlərin dayanmaq üçün İranı seçməməsinin səbəbini hicab da daxil olmaqla “bir sıra proqram təminatı problemlər”lə izah edib.

“Bizim böyük potensialımız var, lakin bir sıra proqram təminatı problemlərinə görə bunu edə bilmirik. Məsələn, əcnəbi səyahətçi hicabsızdır və ya bizim mədəniyyətimizdən fərqlidir, hicabsız adamlar hava limanımıza buraxılmır. Bu məsələ xarici şirkətləri bizi dayanacaq kimi seçməməsinə vadar edir”, - Mənzəri deyib.

İranın Turizm naziri İzzətullah Zərqami bundan əvvəl məcburi hicabın əleyhdarları ilə, o cümlədən turistlərlə mübarizə məsələsinin Kaşandakı “Xane-ye Amiriha” otelində nömrə bron etmiş bir çox turistin “küçəyə köçməsinə” səbəb olduğunu açıqlamışdı. Naszir “hicabsızlıqla” məşğul olmaq bəhanəsi ilə bu cür hərəkətlərin İranın turizm sənayesinə ölümcül zərbə vuracağını vurğulayıb.
AzVision.az


Teqlər: İran   tranzit  





Xəbər lenti