Niger ordusu hərbi qiyamçılara qoşuldu

   Niger ordusu hərbi qiyamçılara qoşuldu
  27 İyul 2023    Oxunub:990
Niger Silahlı Qüvvələrinin komandanlığı hərbi qiyamçılarla həmrəy olduğunu bəyan edib. Bu barədə ordunun “Twitter” hesabında dərc olunan sənəddə deyilir.
"Hərbi komandanlıq... Müdafiə və Təhlükəsizlik Qüvvələrinin bəyanatına qoşulmaq qərarına gəlib", - komandanlığın bəyanatında deyilir. Komandanlıq bu qərarını qan tökülməsinin qarşısını almaq, eləcə də dövlət başçısının fiziki toxunulmazlığını qorumaq istəyi ilə izah edib.

Hərbçilər öz bəyanatlarında qeyd ediblər ki, Nigerin işlərinə hər hansı kənar müdaxilə həm əhali, həm də ölkənin özü üçün fəlakətli nəticələrlə təhdid edir.

Qərargah hərbi qiyamçıları terrorçulara və cinayətkarlığa qarşı gələcək mübarizə üçün döyüş hazırlığını saxlamağa çağırıb.

Xatırladaq ki, hərbi qiyamçılar iyulun 26-da Niger prezidenti Məhəmməd Bazumu girov götürüblər və bir neçə saat sonra onun devrildiyini, həmçinin sərhədlərin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Niger  





Xəbər lenti