"Qadın ətri"nin ssenaristi vəfat etdi
Bo Qoldman Hollivudun ən məşhur ssenaristlərindən biri idi. O, "Qadın ətri", "Ququ quşu yuvasının üzərindən uçarkən" və “Melvin və Hovard” filmlərinin ssenarilərini yazdığına görə 3 dəfə Oskar mükafatına laureat olub. Bundan əlavə, ssenarist iki dəfə BAFTA mükafatı qazanıb.
O, həmçinin Brad Pittlə birgə "Meet Joe Black" filmində də işləyib. Ümumilikdə, Bo Qoldmanın filmoqrafiyasına 15-dən çox layihə daxildir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: BoQoldman