Türkiyə Aİ-yə üzvlük danışıqlarını davam etdirməyə hazırdır

Türkiyə Aİ-yə üzvlük danışıqlarını davam etdirməyə hazırdır
  27 İyul 2023    Oxunub:977
Türkiyə hakimiyyəti respublikanın inteqrasiya prosesinin davam etdirilməsi üçün Avropa İttifaqından ilk addımları gözləyir.
AzVision.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib. Onun sözlərinə görə, bu, məsələn, gömrük ittifaqı və Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması ilə bağlı qərar ola bilər.

“Bizə lazım olan tək şey bu qədər aktuallaşan Avropa inteqrasiyası yolunu davam etdirmək imkanıdır. Biz Aİ-ni dəyişikliklər üçün ilham mənbəyi kimi görürük”, - Şimşek bildirib.

Türkiyə 1963-cü ildən Aİ ilə əməkdaşlıq edir və 1987-ci ildən üzvlüyə namizəddir. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlara başlayıblar, lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə danışıqlar prosesi bərpa olunub. Lakin son 7 ildə Ankara üzvlük danışıqlarını yekunlaşdıra bilməyib. Kipr problemi bu yolda əsas maneələrdən biri olaraq qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti