İranda sərnişin daşımaları sahəsində ciddi böhran yaşanır

“Məsələyə təhlükəsizlik və idarəetmə orqanları da daxil olub və bu sahədə daha ətraflı monitorinqlər aparılacaq. İranda qeydiyyatdan keçmiş 330 təyyarə var ki, onlardan da 139-u uçuşdan çıxarılıb. Bu təyyarələrdən bəziləri istismara qaytarıla bilməz və 20 il havada qalan təyyarəni aktiv saymaq peşəkarlıq deyil. Biz Həmədan hava limanının yanında daimi yerləşmiş təyyarələr parkı yaratmağa hazırlaşırıq”, - Məhəmmədibəxş deyib.
Eyni zamanda Dəmiryol nəqliyyatı şirkətləri assosiasiyasının İdarə heyətinin sədri Sübhan Nəzəri “İLNA” agentliyinə müsahibəsində 900 lokomotivin çatışmazlığı üzündən 350 min sərnişin qatarı biletinin ləğv edildiyini açıqlayıb.
“Müəssisələrin ixtiyarında kifayət qədər lokomotiv olmadığından təkcə sərnişin sektorunda yayın ikinci yarısının 45 günü ərzində 922-yə yaxın qatar hərəkət cədvəlindən çıxarılıb. Hazırda 175 lokomotivdən 80-i işləyir ki, bu da ötürmə qabiliyyətinin 48%-ə düşməsi deməkdir. Lokomotivlərin bəziləri istismardan çıxarılsa da, bəziləri qəzalarda itirilib. Son vaxtlar dəmir yolu qəzalarının, xüsusən də yükdaşıma sektorunda baş verən qəzaların sayı kəskin şəkildə artıb”, - Nəzəri deyib.
Məmur bu neqativ hallar nəticəsində cəmi iki ay ərzində dəmir yolu şirkətlərinin gəlirlərinin təxminən 140 milyard tümən azaldığını bildirib.
AzVision.az
Teqlər: İran sərnişindaşıma