"Dünyanın 50 faiz ölkəsində COVID-ə yoluxma qeydə alınmayıb" - ÜST

   "Dünyanın 50 faiz ölkəsində COVID-ə yoluxma qeydə alınmayıb" -    ÜST
  27 İyul 2023    Oxunub:1010
Dünyanın 234 ölkəsindən yalnız 122-də, yəni 52 faizində 26 iyun-23 iyul tarixlərində COVID-19-a yoluxma halları qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında qeyd edilib.

Qeyd olunur ki, 2022-ci ilin ortalarından etibarən yoluxanların sayı durmadan azalır.
“Son 28 günlük müddət ərzində (26 iyun - 23 iyul 2023-cü il) ölkə və ərazilərin 52%-i (234-dən 122-si) ən azı bir hadisə barədə məlumat verib".

Təşkilatın məlumatına görə, 26 iyun - 23 iyul tarixlərində qlobal miqyasda 868,000 yeni COVID-19 hadisəsi və 3,700 ölüm faktı qeydə alınıb.

"ÜST-nin beş regionunda həm yoluxma hallarının, həm də ölüm hallarının azaldığını bildirsə də, Qərbi Sakit okean regionu üzrə yoluxma və ölüm halları artıb", - ÜST bildirib.

Qeyd edək ki, 23 iyul 2023-cü il tarixinə görə dünyada 768 milyondan çox COVID-ə yoluxma və 6,9 milyondan çox ölüm halı qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti