Rusiya Afrikada səfirliklər açacaq

 Rusiya Afrikada səfirliklər açacaq
  27 İyul 2023    Oxunub:971
Rusiya Afrika qitəsində yeni səfirliklərin açılması ilə bağlı danışıqlar aparır
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun sessiyasında bildirib.

"Biz Afrika qitəsində daha çox Rusiya səfirliyi açmağı planlaşdırırıq. İndi bu məsələ ilə bağlı danışıqlar aparırıq", - o deyib.

Eyni zamanda, Zaxarova söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib. “Lakin biz bu ölkələrlə səfirliklərimizin açılması ilə bağlı razılığa gələn kimi biz bunu mütləq elan edəcəyik”, - diplomat əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti