YUNESKO məktəblərdə smartfonların qadağan edilməsini tələb edir

   YUNESKO məktəblərdə smartfonların qadağan edilməsini tələb edir
  27 İyul 2023    Oxunub:900
YUNESKO təhsil müəssisələrində smartfonların geniş şəkildə qadağan edilməsinə çağırış edib.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın "The Guardian"ın verdiyi son bəyanatda qeyd edilib.

Təşkilatın ekspertləri hesab edir ki, müasir qadcetlərin tələbələr arasında geniş yayılması sinifdə nizam-intizamın, təlimin səmərəliliyinin azalmasına və kiber zorakılığa səbəb olur.

YUNESKO-nun hazırladığı hesabata görə smartfonlardan həddindən artıq istifadə nəticəsində təhsilin keyfiyyətinin və uşaqların emosional dayanıqlığının aşağı düşdüyünə dair sübutlar var. Bundan əlavə, ekspertlər iddia edirlər ki, müasir texnologiyaların dünyada milyonlarla insanı öyrətmək potensialına baxmayaraq, bu cihazlardan nəzarətsiz və ya düzgün istifadə edilməməsi tələbələri dərsdən yayındırır və akademik göstəriciləri əhəmiyyətli dərəcədə azaldır.

Sənəddə deyilir: "Bütün dəyişikliklər irəliləyiş deyil. Əgər nəyisə etmək olarsa, bu, o demək deyil ki, belə də olmalıdır.

Smartfonların yaranması ilə bu portativ cihazlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin onların sinif otaqlarına daxil edilməsi onların təhsilə mənfi təsiri ilə bağlı narahatlıq yaradır. Smartfonlar güclü təhsil vasitəsi ola bilsə də, onlardan sui-istifadə təhsil mühitini poza və tələbələrin ümumi inkişafına mane ola bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti