Döyülən erməni polkovnik-leytenant ölüb
Qeyd edək ki, hHadisə 2019-cu il sentyabrın 17-də axşam saatlarında baş verib. Mxitaryan huşsuz vəziyyətdə Yeqnadzorun tibb məntəqəsinə aparılıb, daha sonra İrəvandakı mərkəzi hərbi hospitala yerləşdirilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər Vayots Dzorun keçmiş qubernatoru Trdat Sarkisyanın köməkçisi - Harutyun Qriqoryan və onun qardaşı Zaven Qriqoryandır. Hadisənin şahidləri - hərbçilər Mariam Hunanyan, Jora Baghdasaryan, Mxitar Melkonyan, Levon Arutyunyan ifadələrində qeyd ediblər ki, Vayots Dzorun o vaxtkı qubernatoru Trdat Sarkisyan hadisə yerində olub. Onların sözlərinə görə, döyülməsinin qarşısını almaq üçün heç nə etməyib. Onlar Sarkisyanla qarşıdurmada da eyni məlumatı təsdiqləyiblər. Lakin Sarkisyan hadisənin şahidi olduğunu qəti şəkildə təkzib edib. Qalmaqal fonunda o, Vayots Dzor qubernatoru vəzifəsindən istefa verib.
AzVision.az
Teqlər: