Küveyt Əl-Durra yatağında İranı gözləməyəcək

Küveyt Əl-Durra yatağında İranı gözləməyəcək
  28 İyul 2023    Oxunub:1041
Küveyt İranın Kəngər körfəzində öz sərhədlərinin delimitasiyasını gözləmədən Tehranın da iddialı olduğu Əl-Dura qaz yatağında (İranda Arəşdə adlandırılır) qazma işlərinə başlamağa hazırlaşır.
AzVision.az xəbər verir ki, Küveytin neft naziri Səd əl-Bərrak “Sky News Arab” kanalına müsahibəsində ölkəsinin İranla dəniz sərhədlərinin müəyyənləşdirilməsini gözləmədən bu yataqda qazma işlərinə və qaz hasilatına başlayacağını bildirib.

Belə bəyanat sutkada 84 min barrel qaz kondensatı və bir milyard kub fut (28 milyon kubmetr) qaz hasil etmək məqsədilə sözügedən yatağın birgə işlənilməsi barədə ötən ilin yazında Səudiyyə Ərəbistanı ilə Küveyt arasında bağlanmış müqaviləyə istinadən verilib.

Kəngər körfəzi şelfində yerləşən yatağın bir hissəsinin onun sularına düşdüyünü iddia edən İran bu hissədə hər hansı qazma fəaliyyətini qeyri-qanuni addım kimi qiymətləndirib.

Küveytin Xarici İşlər naziri Əl-Mühəmməd Əs-Sabah bir müddət əvvəl Əl-Dura yatağının sırf Səudiyyə krallığına və Küveytə aid olduğunu bildirərək, İranı dəniz sərhədlərini müəyyənləşdirməklə bu yataqda sahiblik iddiasını sübut etməyə çağırıb.

İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani isə bu açıqlamalara cavab olaraq, Tehranın bu məsələni Küveyt rəsmiləri ilə müzakirə etdiklərini söyləyib.
AzVision.az


Teqlər: İran   Küveyt  





Xəbər lenti