İranda xərçəng xəstəsi həbsdə saxlanılır

İranda xərçəng xəstəsi həbsdə saxlanılır
  28 İyul 2023    Oxunub:1058
İran hakimiyyətinin repressiya siyasəti yalnız ona müxalif mövqe tutan siyasi fəalların həbsinə yox, həm də bu şəxslərin həbsxanalarda dözülməz şəraitdə saxlanılmasına yönəlib.
AzVision.az Evin həbsxanasında həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İnstaqram səhifəsində yaydığı məlumata istinadən bildirir ki, həbsdə olan Zöhrə Səyyadi adlı vətəndaş cəmiyyəti fəalı xərçəng xəstəliyindən əziyyət çəkir.

“Həbsdə olduğu vaxtdan indiyə kimi Zöhrə iki dəfə kimyaterapiyadan 24 saat sonra həbsxanaya köçürülüb. Hətta həbsxananın həkimləri belə vəziyyətin dözülməz olduğunu düşünürlər. Zöhrə səbirli, dayanıqlı və güclü iradəyə sahibç olan insandır. Xərçəng xəstəliyinin yaratdığı həyati təhlükəli ağrılara baxmayaraq, məhkəmə-tibb həkimi Zöhrənin həbsdə olmasının dözümsüzlüyünü kağıza yazmağa cürət etmir”, - Məhəmmədi deyib.

Qeyd edək ki, Zöhrə Səyyadi işləyən, kimsəsiz və sənədsiz uşaqların hüquqlarının müdafiəsi, kimsəsiz qadın və uşaqların təhsil almaları sahəsində fəallığı ilə seçilib.
AzVision.az


Teqlər: İran   həbsxanalar  





Xəbər lenti