Britaniya səhvən Maliyə hipersəs silahlarla bağlı məxfi sənədlər göndərdi

  Britaniya səhvən Maliyə hipersəs silahlarla bağlı   məxfi sənədlər göndərdi
  28 İyul 2023    Oxunub:1192
Böyük Britaniyanın Müdafiə Nazirliyi səhvən Mali domenlərinə məxfi məlumatların olduğu elektron məktublar göndərib.
AzVision.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşr yazıb ki, nazirlik bu fakt üzrə daxili araşdırmalara başlayıb.

Rusiya cəbhəyə yeni güclü silahlar yerləşdirib - Britaniya kəşfiyyatı
Məqalədə qeyd olunub ki, Böyük Britaniyanın müdafiə nazirliyinin səlahiyyətliləri Pentaqondakı həmkarları ilə daimi əlaqələr qururlar. Lakin məlum olub ki, Malinin ölkə identifikatoru olan .ml domeni ilə ABŞ müdafiə strukturlarının yazışmalarında istifadə olunan .mil domeninə aid poçtla çaşqınlıq yaranıb.

Jurnalistlərin fikrincə, bu məktubların əksəriyyətində Böyük Britaniyanın təhlükəsizliyinə təhlükə yarada biləcək məlumatlar olmayıb. Maliyə təsadüfən hərbçilərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının məzuniyyət günləri ilə bağlı məlumat göndərilib. Lakin yazışmaların bəzilərində hipersəs silahları ilə bağlı Britaniya tədqiqatlarının ətraflı təsviri olub.

Məsələnin diqqət çəkən tərəflərindən biri də budur ki, Bamako Moskvanın əsas müttəfiqlərindən sayılır.

Xatırladaq ki, bundan öncə ABŞ mediası son on il ərzində ABŞ ordusuna məxsus milyonlarla məktubun Pentaqona göndərilməsi zamanı səhvən Malidəki poçtalara göndərildiyini yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Mali  





Xəbər lenti