Alen Delonun övladları onun baxıcısını məhkəməyə verdilər

  Alen Delonun övladları onun baxıcısını məhkəməyə verdilər
  28 İyul 2023    Oxunub:1202
Fransalı aktyor Alen Delonun varisləri tibb bacısının atalarına qarşı kobud rəftarından şübhələnərək prokurorluğa şikayət ediblə. Bu barədə Le Parisien məlumat yayıb.
87 yaşlı aktyorun baxıcısı Hiromi Rollin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 6 saat dindirilib. Həmçinin iyulun 26-da ibtidai istintaq çərçivəsində 66 yaşlı qadının evində axtarış aparılıb. Rollin özü bütün ittihamları rədd edir.

“Bu dindirmə 6 saat çəkdi. Çünki xanım Rollin ona qarşı irəli sürülən bütün ittihamlar barədə danışmaq və müstəntiqlərə həqiqəti üzə çıxarmaq üçün lazım olan bütün məlumatları çatdırmaq istəyirdi”, - tibb bacısının vəkili Me Yasin Buzru deyib.

Aktyorun övladları hesab edir ki, baxıcı qadın atalarına psixoloji təzyiq göstərir. Bununla bağlı iki dəfə şikayət ərizəsi yazıblar. Onların sözlərinə görə, qadın Delonu qohumlarından və dostlarından təcrid etməyə çalışır. Alen Delon şikayətlərə qoşulub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: AlenDelon  





Xəbər lenti