İran məhkəməsi Reyhanə Ənsarinejada 4 il həbs cəzası kəsdi

İran məhkəməsi Reyhanə Ənsarinejada 4 il  həbs cəzası kəsdi
  28 İyul 2023    Oxunub:1009
Hakim Salvatinin rəhbərlik etdiyi İnqilab Məhkəməsinin 15-ci şöbəsi təqaüdçü əmək fəalı Reyhanə Ənsarinejada 4 il həbs cəzası verib.

AzVision.az Ənsarinejadın vəkili Raziyə Zeydinin “Emtedadnews” saytına müsahibəsinə istinadən bildirir ki, onun müvəkkilinə əlavə cəza kimi iki il partiyalara, qruplara, siyasi təşkilatlara üzvlükdən, kiber məkanda, mediada və mətbuatda fəaliyyətdən, habelə ölkədən çıxmaqdan məhrum olunma cəzası da kəsilib.

“Bu iş üzrə hökmdə yer alan ittihamlar çıxarılan ittiham aktına deyil, Kəşfiyyat nazirliyi tərəfindən iş üzrə qeydə alınmış hesabata əsaslanır. Hökm çıxaran orqan isə yalnız ittiham aktının müddəaları çərçivəsində işə baxmağa və qərar verməyə borcludur. Xanım Ənsarinejada qarşı irəli sürülən ittihamlar absurddur. Təhlükəsizlik işi kimi, məhkəmənin təqdim edildiyi andan hökmün çıxarıldığı vaxta qədər prosesin bütün mərhələləri çoxsaylı qanun pozuntuları və qanunlara məhəl qoyulmaması halları ilə doludur”, - Zeydi deyib.

Tehran Müəllimlər birliyinin məhbus sözçüsü Məhəmməd Həbibinin evinə təhlükəsizlik qüvvələrinin basqınından sonra həmkarlar ittifaqının üzvü və vətəndaş fəalı Anişa Əsədullahi və Reyhanə Ənsarinejad aprelin 28-də həbs olunublar.

O vaxt “Fars” hökumət agentliyinin iddiasına görə, bu iki fəalın həbsinə səbəb onların “işçi və müəllimlərin toplantılarında gərginlik yaratmaq, müəllimləri ümummilli tətillərə aparmağı planlaşdırmaq və koordinasiya etmək məqsədi ilə” toplaşmaları olub.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti