İranda saxlanılan etirazçılar cinsi təcavüzlə üzləşirlər

İranda saxlanılan etirazçılar cinsi təcavüzlə üzləşirlər
  28 İyul 2023    Oxunub:1005
Məcburi hicaba etiraz edən xanım Təbəssüm Camalpur dövlət agentləri tərəfindən saxlanıldıqdan sonra döyülərək cinsi təcavüzə məruz qalıb.
AzVision.az xəbər verir ki, “İran həbsxanalarının atlası” saytının öz Twitter hesabında yaydığı məlumatda Camalpurun iyulun 17-də dini qrup qarşısında məcburi hicabsız fotosunu dərc etdikdən sonra saxlanıldığı, təhlükəsiz evə köçürüldükdən sonra döyüldüyü və cinsi istismara məruz qaldığı bildirilir.

SEPAH-a yaxın “Tasnim” agentliyi iyulun 19-da Tehranın 6-cı məhəlləsində Qəmər-e Bəni Haşim nümayəndə heyətinin qarşısında “hicabını açan” və “soyunan” iki qadın və bir kişi, habelə onlarla əməkdaşlığa görə daha bir kişinin həbs edildiyini açıqlamışdı.

“Camalpuru həbs edəndən sonra təhlükəsizlik işçiləri ona “yayımladığın şəkil kimi çılpaq olmalısan” dedikdən sonra zorakılıqla paltarını çıxararaq sinəsinə toxunmağa cəhd göstəriblər. İyulun 25-də isə o, Evin həbsxanasının qadın palatasına köçürülüb. Camalpur müqəddəsləri təhqir etməkdə, yer üzərində fəsad və fahişəlik yaymaqda ittiham olunub”, - məlumatda deyilir.



Yeri gəlmişkən, keçən aylarda bir neçə həbs olunmuş kişi və qadın nümayişçilər saxlanma zamanı və həbsxanalarda təhqir, təcavüz və cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.
AzVision.az


Teqlər:





Xəbər lenti