Putin: "Afrika ölkələrinə borcların silinməsi üçün 90 milyon dollar ayıracağıq"

    Putin:    "Afrika ölkələrinə borcların silinməsi üçün 90 milyon dollar ayıracağıq"
  28 İyul 2023    Oxunub:900
"Rusiya borcdan azad olmaq üçün Afrika ölkələrinə daha 90 milyon dollar ayıracaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında çıxışı zamanı deyib.

"Rusiya da Afrika ölkələrinin borc yükünün yüngülləşdirilməsi səylərində iştirak edir. Bu günə kimi silinmiş borcumuzun ümumi məbləği 23 milyard dollardır. Afrika ölkələrinin son müraciətlərinə əsasən, biz onların inkişafı üçün 90 milyon dollardan çox vəsait ayıracağıq”, - Rusiya lideri bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti