Rusiya Ukraynada Çin texnologiyalarından istifadə edir - ABŞ kəşfiyyatı

   Rusiya Ukraynada Çin texnologiyalarından istifadə edir    - ABŞ kəşfiyyatı
  28 İyul 2023    Oxunub:1062
Çinin Rusiyaya verdiyi xüsusi texnologiyalardan Ukraynadakı müharibədə istifadə olunur.
Bu fikirlər ABŞ kəşfiyyatının dərc etdiyi hesabatdandır.

Sənədə əsasən, rəsmi Pekin Moskvaya 12 milyon dollardan çox dron və onların ehtiyat hissələrini tədarük edib.

Kəşfiyyat məlumatlarına görə, Çinin müdafiə şirkətləri rusları digər ikili təyinatlı avadanlıqlarla da təmin edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ticarət Departamenti Rusiyanın İrandan pilotsuz uçuş aparatlarını tədarük etməsinə görə Tehrana qarşı ixrac məhdudiyyətlərini sərtləşdirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti