ABŞ-da milyarder daun sindromlu qızı zorlamaqda ittiham olunur

   ABŞ-da milyarder    daun sindromlu qızı    zorlamaqda ittiham olunur
  28 İyul 2023    Oxunub:1065
Milyarder Leon Blek daun sindromlu qıza təcavüz etməkdə ittiham olunub.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xankəndidə azyaşlı oğlanı 12 gün zorlayan manyak həbs edildi 
Qeyd edilir ki, müvafiq iddia məhkəmələrdən birində qeydə alınıb. Sənədə əsasən, hadisə Nyu-Yorkda baş verib. Hadisənin baş verdiyi vaxtda qurbanın 16 yaşı olub. Milyarderin qızla birlikdə maliyyəçi Ceffri Epşteynin malikanəsində vaxt keçirdiyi iddia edilir.

Nəşr yazır ki, qadın autizm və Daun sindromunun nadir formasından əziyyət çəkir. Bu səbəbdən onun əqli və fiziki inkişafında ciddi geriləmələr var.

Milyarderin vəkili isə iddia olunan bu olayın həqiqiliyinə inanmır. Onun fikrincə, məlum cinayət müştərisini cinsi təcavüzdə ittiham etmiş hüquq firması tərəfindən uydurulub. Sonradan bu şikayət ərizəsi geri qaytarılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Daun   Milyarder  





Xəbər lenti