Mərcan Satrapi: İrana hakimiyyətdən çəkinməyən yeni nəsil lazımdır

 Mərcan Satrapi:  İrana hakimiyyətdən çəkinməyən yeni nəsil lazımdır
  28 İyul 2023    Oxunub:1085
İranda yaşana son etirazlar fonunda əksər iranlı siyasi fəallar ölkədə hakimiyyətin istibdadından çəkinməyən yeni bir nəslin formalaşmasının zəruri olduğunu vurğulayırlar.
AzVision.az xəbər verir ki, İran-Fransa rejissoru Mərcan Satrapi “Persepolis” filminin yeni versiyasının Fransada nümayişi zamanı gənc İran nəslinin “demokratiya mədəniyyətini” yüksək qiymətləndirdiyini bildirərək, siyasi dəyişikliklər üçün İrana hakimiyyət liderlərindən qorxmayan bir nəslin lazım olduğunu deyib.

2007-ci ildə Kann kinofestivalında münsiflər heyətinin mükafatını qazanan “Persepolis” cizgi filmi Satrapinin İranı tərk etməzdən əvvəlki real həyatına əsaslanır.

“İranda mədəni inqilab baş verir. İnqilabın əvvəlində kişilərin 80%-dən çoxu qadınların hicablı olmasını istəyirdisə, bu gün 75%-dən çoxu qadınların hicab taxmamasını istəyir. Mədəni inqilab baş verir və yeni nəsil doğulur. Bu nəsil fərq yarada bilən bir nəsildir, çünki İranın liderlərindən qorxmurlar, çünki onlarla birlikdə böyüyüblər. Bizə həqiqətən də İranın indiki liderləri ilə eyni dövrdə doğulub yaşayan və bizim nəsli kimi inqilab və müharibədən travma almayam yeni nəslə ehtiyacımız var idi”, – xanım Satrapi vurğulayıb.

Rejissor 44 il mövcud olan rejimin yıxılması üçün vaxt lazım olduğunu, demokratiyanın isə bir mədəniyyət kimi uzun bir proses olduğunu söyləyib.

“Persepolis” komiksi, daha sonra isə onun əsasında çəkilmiş filmi ilə məşhurlaşan Mərcan Satrapi İranda keçirilən ümummilli protest aksiyaları zamanı etirazçıların xaricdəki tərəfdarlarından biri olub.
AzVision.az


Teqlər: İran   Satrapi  





Xəbər lenti