Ermənistan müharibəyə hazırlaşır?

   Ermənistan müharibəyə hazırlaşır?
  28 İyul 2023    Oxunub:979
Ermənistanın müdafiə naziri Suren Papikyan kollegiya iclası keçirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, o, Silahlı Qüvvələrin birinci yarımillikdə döyüş hazırlığının yekunlarını müzakirə edib.

Nazir çıxışı zamanı qeyd edib ki, müzakirə olunan məsələlər silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasında böyük əhəmiyyətə malikdir. Suren Papikyanın sözlərinə görə, artıq ordu ilə bağlı bir sıra proqramlar həyata keçirilib və yaxın vaxtlarda hərbçilərin döyüş hazırlığının səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq addımlar atılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti