Putin: "ABŞ, NATO və Ukrayna özləri Rusiya ilə danışıqlardan imtina edirlər"

      Putin:    "ABŞ, NATO və Ukrayna özləri Rusiya ilə danışıqlardan imtina edirlər"
  28 İyul 2023    Oxunub:1002
ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina edir və Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyünü qanuniləşdirib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında deyib.

“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması üzərində qurulub və onlar bir daha təkrar edirəm, hamı üçün, o cümlədən Rusiya üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Ukraynanın özü, daha doğrusu, hazırkı Ukrayna rejimi danışıqlardan imtina edir. Bu, rəsmi olaraq elan edilib və Ukrayna prezidenti bu məsələ ilə bağlı müvafiq fərman qəbul edib, danışıqları qadağan edib”, - Putin bildirib.

O, Rusiyanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini, lakin Moskvanın bunu məcbur edə bilməyəcəyini vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti