100 mindən çox erməni hepatitə yoluxub - Erməni nazir

100 mindən çox erməni hepatitə yoluxub    - Erməni nazir
  28 İyul 2023    Oxunub:1080
Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş aksiya İrəvanın tam mərkəzində yerləşən “Qu gölü”ndə keçiriləcək. Vətəndaşlar hepatitlərlə bağlı qısa və pulsuz müayinədən keçə biləcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan İrəvanda keçirilən mətbuat konfransında məlumat verib.

Ermənistan Səhiyyə Nazirliyinin və ÜST-nin məlumatına görə, ölkədə Hepatit C-nin daşıyıcısı olanlar təxminən 4%- (66 min insan-red), Hepatit B üzrə xəstə isə təxminən 2%-dir (46 min-red.). Maraqlıdır ki, nazirlik bu insanların əksəriyyətinin infeksiyaya yoluxmalarından xəbərlərinin olmadığını bəyan edib. Bu səbəbdən də ermənilər hepatitdən müalicə almırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti