Ermənistanda yüksək vəzifəli məmur həbs olundu

   Ermənistanda yüksək vəzifəli məmur həbs olundu
  28 İyul 2023    Oxunub:1238
Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon dram (15,5 min dollar) rüşvət almaqda ittiham olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, Ermənistanın Tavuş vilayətinin sakini A.G. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə razılaşıb ki, oğlu xidmətə yararsız kimi tanınsın.

Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində 6 milyon dram rüşvət tələb edib. İyulun 27-də çağırışçının atası və vəzifəli şəxs saxlanılıb. Məmur həbs edilib, Tavuş sakini ev dustaqlığına buraxılıb və ona da 8 milyon dram məbləğində girov tətbiq edilib.

İstintaq davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti