Ərdoğandan Aşura paylaşımı

   Ərdoğandan Aşura paylaşımı
  28 İyul 2023    Oxunub:1337
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü münasibətilə milləti və islam dünyasını təbrik edib, Məhərrəm ayının bütün insanlığa sülh və bərəkət gətirməsini arzulayıb.
O bu barədə Tvitterdə paylaşım edib.

“Millətimizi və İslam dünyasını Aşura günü münasibətilə təbrik edir, Məhərrəm ayının bütün bəşəriyyətə sülh və bərəkət gətirməsini diləyirəm.

Onların şəhadətlərinin ildönümündə həzrəti Hüseynimizi və Kərbəla şəhidlərini rəhmət və kamali-ədəblə yad edirəm”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti