Türkiyədən Ukraynaya gedib döyüşmək istəyən azərbaycanlı saxlanıldı

  Türkiyədən Ukraynaya gedib döyüşmək istəyən azərbaycanlı saxlanıldı
  29 İyul 2023    Oxunub:1711
Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Oryol vilayətində Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən azərbaycanlını saxlayıblar.
Bu barədə xüsusi xidmət orqanlarının ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər.

"OrelTimes"in məlumatına görə, saxlanılan şəxs 39 yaşlı azərbaycanlı Ramil Əziz oğlu Dəmirovdur. O, Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırırmış.

FTX-nın məlumatına görə, həmin şəxs fəal şəkildə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayırmış. R. Dəmirov Rusiya vətəndaşlığından imtina ərizəsi yazıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti