Polşa və Litva Belarusla sərhədi bağlaya bilər

Polşa və Litva Belarusla sərhədi bağlaya bilər
  29 İyul 2023    Oxunub:1100
“Vaqner” qruplaşmasının terrorçularının mümkün təxribatları riskinə görə Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.
AzVision.az xəbər verir ki, bu bəyanatla Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus çıxış edib. O, Belarusla sərhədin bağlanması ehtimalının olduğunu və bu mövzuda müzakirələrin real olduğunu qeyd edib.

Abramaviçus bildirib ki, "Vaqner" silhalıları qaçqın qiyafəsində təxribatlar törədə bilər.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti