Prezidentdən 15 milyonluq sərəncam

Prezidentdən 15 milyonluq sərəncam
  04 İyun 2014    Oxunub:717
Azərbaycan Prezidenti İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən, istehsalçıların taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək barədə Maliyyə Nazirliyinə müvafiq tapşırıq verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti