İran və Hindistan Çabahar limanı ilə bağlı razılığa gəlirlər

İran və Hindistan Çabahar limanı ilə bağlı razılığa gəlirlər
  29 İyul 2023    Oxunub:1177
Çabahar limanının gələcək inkişafı ilə bağlı danışıqlar aparan İranla Hindistanın payızın əvvəlinə kimi yeni saziş imzalayacaqları ehtimal olunur.
AzVision.az xəbər verir ki, Hindistanın “Mint” qəzeti öz mənbələrinə istinadən bu razılaşmaya əsasən müqavilə şərtlərinin yaxın vaxtlarda yekunlaşacağı və uzun müddət müzakirə olunan müqavilənin imzalanacağı barədə məlumat yayıb.

“Uzun illər davam edən danışıqlardan sonra İran və Hindistan arasında çoxillik razılaşma əldə ediləcəyi gözlənilir ki, bu razılaşmaya əsasən Hindistan Çabahar limanının “Şəhid Beheşti” terminalını inkişaf etdirəcək və onun uzunmüddətli idarəçiliyini öz üzərinə götürəcək. Yeni Dehli, Tehranın Hindistandan istədiyi minimum trafik üçün zəmanəti verib ki, İran Çabahar limanına çoxlu gəmilərin gələcəyinə əmin olsun. Uzunmüddətli müqavilənin şərtləri avqustda yekunlaşacaq və yəqin ki, sentyabrda tərəflər tərəfindən imzalanacaq”, - xəbərdə deyilir.

Çabaharın işlənməsi müqaviləsi 2016-cı ildə Hindistanın “Qlobal Protez” və İranın “Aria Bəndar” şirkətləri arasında imzalanıb. Bu saziş çərçivəsində Hindistan Çabahar limanının bir hissəsini inkişaf etdirib.
AzVision.az


Teqlər: İran   Hindistan  





Xəbər lenti