Rusiya da düyü ixracına qadağa qoydu

   Rusiya da düyü ixracına qadağa qoydu
  29 İyul 2023    Oxunub:1189
Rusiya hökuməti 2023-cü il dekabrın 31-dək düyü və düyü yarmasının ixracına müvəqqəti qadağa qoyub.
Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb. Qadağa bu məhsulların Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarükünə şamil edilməyəcək. Bundan başqa, düyü və düyü yarmaları həm humanitar yardım göstərmək üçün, həm də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər.

Bundan əvvəl Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də daxili bazarda tədarükün lazımi səviyyədə olmasını təmin etmək üçün düyü ixracına müvəqqəti qadağa qoyublar.


AzVision.az


Teqlər:





Xəbər lenti