İran parlamenti məcburi hicab layihəsi hazırladı

   İran parlamenti məcburi hicab layihəsi hazırladı
  29 İyul 2023    Oxunub:1124
İran parlamentinin Hüquq Komissiyası məcburi hicab layihəsi hazırlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Layihəyə əsasən, ictimai yerlərdə və ya küçələrdə “pis geyim” seçiminə əl atan hər kəs ilk dəfə 6 milyon (241₼), daha sonra isə 24 milyona (963₼) qədər cərimələnəcək.

“Pis geyim” dedikdə açıq və ya dar geyim, yaxud bədənin bir hissəsini, boyundan aşağı və topuqdan yuxarı və ya biləkdən yuxarını göstərən geyim nəzərdə tutulur. Həmçinin geyim kodeksini pozan şagird və tələbələr 4 dəfə xəbərdarlıqdan sonra polisə təqdim olunacaqlar.


AzVision.az


Teqlər:





Xəbər lenti