ÜST rəhbəri istilərlə bağlı xəbərdarlıq etdi

   ÜST rəhbəri istilərlə bağlı xəbərdarlıq etdi
  29 İyul 2023    Oxunub:1125
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, ifrat istilər insanların sağlamlığı ilə bağlı əvvəllər mövcud olan vəziyyəti daha da pisləşdirir, xüsusən ürək-damar, diabet və astma xəstələrini narahat edir.
ÜST son günlər üç qitədə milyonlarla insanın temperatur rekordları ilə bağlı davamlı təhlükəli istilərə məruz qaldığını qeyd edib. Təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus deyib:

"Həddindən artıq istilər yaşlı insanlar, körpələr və uşaqlar, yoxsullar və evsizlər də daxil olmaqla, həssas qruplara ən çox ziyan vurur. Bu, həm də səhiyyə sistemlərinə təzyiqi artırır. İfrat istiyə məruz qalma sağlamlığa mənfi təsir göstərir, əvvəllər də mövcud olan şərtləri ağırlaşdırır, vaxtından əvvəl ölüm və əlilliklə nəticələnir."

ÜST-nin Baş direktoru əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat səhiyyə sistemlərinin fəaliyyətini əlaqələndirmək və həddindən artıq istilərin sağlamlığa təsirlərini azaltmaq üçün isti hava fəaliyyət planlarının hazırlanmasında ölkələrə dəstək olmaq məqsədilə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ilə birgə işləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti