İranda daha bir jurnalistə peşəkar fəaliyyət qadağan olundu

 İranda daha bir jurnalistə peşəkar fəaliyyət qadağan olundu
  29 İyul 2023    Oxunub:1146
Ziyalılara, sənət adamlarına və media işçilərinə təzyiq elementləri İran hakimiyyətinin repressiya siyasətinin ən vacib elementlrindən biridir. Son aylarda bəzi jurnalistlərin həbsə atılması və bəzilərinin isə fəaliyyətinə qadağa qoyulması bunun əyani sübutudur.
AzVision.az xəbər verir ki, “Etemad” qəzetinin verdiyi məlumata görə, qəzetin baş redaktoru Bəhruz Behzadinin bir il müddətinə mətbuat fəaliyyətinə qadağa qoyulub.

Qəzet SEPAH-ın Sarəllah qərargahı Behzadiyə qarşı iki ayrı iş üzrə şikayət etdiyini yazıb. O, bir işdə bəraət alsa da, digər işdə mətbuat münsifləri heyyəti tərəfindən “yalan dərc etmək” ittihamı ilə cəzalandırılıb. Nəhayət, məhkəmə “Mətbuat haqqında” qanunun 35-ci maddəsinin qeydindən irəli gələn səlahiyyətləri əsas tutaraq, Bəhruz Behzadinin həbs cəzasını bir il müddətinə hər cür mətbuat fəaliyyətindən məhrum etmə cəzasına dəyişib.

“Etemad” qəzetinin baş redaktoru daha əvvəl SEPAH-ın şikayətindən sonra mətbuat məhkəməsi tərəfindən 6 ay həbs və 15 milyon tümən pul cəzasına məhkum edilmişdi.
AzVision.az


Teqlər: İran   Behzadi  





Xəbər lenti