İranda tibbi xidmət də məcburi hicabla hesablaşmalıdır

İranda tibbi xidmət də məcburi hicabla hesablaşmalıdır
  29 İyul 2023    Oxunub:1145
Məcburi hicabla bağlı təzyiqləri gücləndirən İranın hakimiyyət orqanları insanların vətəndaşlıq hüquqlarını pozmaq müstəvisində ən absurd addımlar atırlar.
AzVision.az xəbər verir ki, Lahican səhiyyə şəbəkəsinin direktorunun imzası ilə dövlət və özəl mərkəzlərdə səhiyyə xidmətlərinin göstərilməsində hicab məcburiyyətini tələb edən sənədin fotosu yayılıb.
Siyasi analitik Abbas Əbdi öz Twitter hesabında fotonun surətini paylaşıb.



“Hökumət nümayəndəsi olan o həkim, bu cür qeyri-insani pozuntulara yol verən nazirlik və susan hökumət cavab verməlidir”, - Abbas Əbdi deyib.
AzVision.az


Teqlər: İran   səhiyyə  





Xəbər lenti