Azərbaycanlı fəal Arəş Cövhərini müalicə almağa qoymurlar

Azərbaycanlı fəal Arəş Cövhərini müalicə almağa qoymurlar
  29 İyul 2023    Oxunub:1302
Vəziyyətinin pisləşməsinə baxmayaraq, Evin həbsxanasında məhbus olan azərbaycalı əmək fəalı Arəş Cövhəri tibbi xidmətdən məhrum edilir.
AzVision.az İnsan haqları mediasına istinadən xəbər verir ki, siyasi məhbus Arəş Cövhəri həbsxanada dəfələrlə “görmə pozğunluğu”, “ürəkbulanma”, “başgicəllənmə” və “ürək döyüntüsü”ndən əziyyət çəksə də, həbsxana rəhbərliyi onun şərti azadlığa buraxılması tələbinə qarşı çıxıb.
Həbsdə olduğu 33 ay ərzində bir dəfə də istirahət günü keçirməyən Cövhəri hazırda 7,5 illik cəzasını çəkir.

2020-ci il oktyabrın əvvəllərində SEPAH kəşfiyyatçıları tərəfindən Tehrandakı şəxsi evində həbs edilmiş əmək fəalı sonradan Evindəki SEPAH kəşfiyyatçılarının nəzarəti altında idarə olunan “2-A” təcridxanasına köçürülüb. İman Əfşarinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cövhəri haqqında ilkin hökm çıxarıb.

Siyasi məhbusların lazımi müalicə və səhiyyə müəssisələrinə çıxışının qarşısının alınması İran həbsxanalarında ümumi prosedurlardan biridir və siyasi və mülki fəalların sərt tənqidlərinə baxmayaraq, bu siyasət davam etdirilir.
AzVision.az


Teqlər: İran   Cövhəri  





Xəbər lenti