Hakan Fidan: "Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır"

 Hakan Fidan:  "Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır"
  29 İyul 2023    Oxunub:1102
“Dünya beynəlxalq sistemin yekun transformasiyasını yaşayır və bu prosesdə Qərb dünyası mərkəz mövqeyini itirir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada cənubi koreyalı həmkarı Park Cin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Beynəlxalq sistemin yekun transformasiyasını yaşadığı günlər gəlib çatıb. Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır və Asiya da düz onun mərkəzində dayanır. Qərb dünyası mərkəz mövqeyini itirərkən dünya siyasətinin mərkəzinin şərqə, dədə-baba torpaqlarımıza doğru meyl etdiyini görürük”, - o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti