İranda etirazçı müğənni həbsxana ilə psixiatriya mərkəzi arasında qalıb

İranda etirazçı müğənni həbsxana ilə  psixiatriya mərkəzi arasında qalıb
  29 İyul 2023    Oxunub:1043
Bir həftə əvvəl Razi şəhərindəki Əmin Abad kimi tanınan Psixiatriya mərkəzinə köçürülən etirazçı müğənni Saman Yasinə (Səidi) orada “naməlum dərman vurulduqdan” sonra müğənni qeyri-sabit fiziki və psixi vəziyyətə düşüb.
AzVision.az xəbər verir ki, tən ilki ümummilli etirazlar zamanı həbs edilən bu etirazçı-müğənni “Hengaw” hüquq müdafiəsi təşkilatına göndərdiyi mesajda Kərəcdəki Rəcaişəhr həbsxanasına qaytarıldığını və vəziyyətinin narahatlıq doğurduğunu bildirib.

Saman Yasin iyulun 22-də Əmin Abad psixiatriya mərkəzinə köçürülüb. Mərkəzdə ona döymək və zor tətbiq etməklə 24 saatlıq anesteziya yaradan ampula vurulub. O, özünə gələndə əlləri və ayaqlarının xəstəxana çarpayısına bağlı olduğunu və iki gündür görmə problemi yaşadığını qeyd edib.

“Həbs olunmazdan əvvəl sağlamlığımda heç bir qüsur yox idi. Həbsxana həyatı üçün məsuliyyət hakim Salavati və digər rəsmilərin üzərinə düşür. Onlar məni məhkəmə tibb həkiminə aparsınlar, görsünlər ki, mənim başıma nə oyun açıblar. Yəqin ki, məni də Qəzəlhəsər həbsxanasına köçürəcəklər. Növbəti məhkəmə iclası sentyabrın 9-da keçiriləcək və çox güman ki, vəkillə görüşə bilməyəcəyəm”, - Yasin deyib.

Saman Yasin ötən il sentyabrın son günü ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən “zorakılıq” tətbiq olunmaqla həbs edilib. İranın Məhkəmə xəbər agentliyi Saman Yasin də daxil olmaqla həbs edilmiş bir sıra etirazçılarla bağlı oktyabrın 29-da məhkəmə iclasının keçirildiyini və onun “müharibə”də günahlandırıldığını bildirib.

Daha sonra Tehran İnqilab məhkəməsi tərəfindən ona “ölüm” hökmü çıxarılsa da, sonradan Ali Məhkəmə Saman Yasinin yenidən məhkəmə prosesini qəbul edərək, etirazçı müğənninin işini “yenidən araşdırılması” üçün İnqilab məhkəməsinə göndərib.
AzVision.az





Teqlər: Səidi   psixiatriya  





Xəbər lenti