“Fars” agentliyi: Dindar kişilər metroda qadınlarlam eyni vaqonda getmək istəmirlər

“Fars” agentliyi: Dindar kişilər metroda qadınlarlam eyni vaqonda getmək istəmirlər
  29 İyul 2023    Oxunub:1295
İran hakimiyyəti öz mürtəce siyasətinin həyata keçirilməsi yönündə vətəndaşlar tərəfindən müxtəlif səpkili “müraciət”ləri də işə salmağa başlayıb.
AzVision.az xəbər verir ki, SEPAH-a bağlı “Fars” informasiya agentliyi yeni başlatdığı onlayn kampaniyada “dindar kişilər”in izdiham içində qadınlarla fiziki təmasda olmaqdan və ya xanımın yanında oturmaqdan “narahatlıq duyduqlarını və sıxıntı keçirdiklərini” bildirib. Yeni kampaniya qadınların kişilər üçün nəzərdə tutulmuş metro vaqonlarına girişinin qadağan edilməsi tələbini qoyur.

“Bəsici və Pouyeş” qəzetinin baş redaktoru Əsədi isə “Fars” agentliyinə müsahibəsində metroda geyimə nəzarətin də həyata keçirilməsinə tərəfdar olduğunu bildirib.

“İndi universitetimizdə hicab tövsiyə edən lövhələr və geyimlə bağlı qanunlar yerə düşüb. Lövhədə qısa palto ilə girməyin qadağan olunduğu yazılsa da, indi universitetdə qısa şalvar geyinirlər! Avropada qadınların təqib və qətlə yetirilməsinin gizli epidemiyası müasir qərb qadınının vəziyyətinin bir faktıdır, əgər deyilsə, üzə çıxarılsa qərb qadınının qeyri-real təsəvvürlərini düzəldər”, - mürtəci siyasətin adepti olan Əsədi deyib.
AzVision.az




Teqlər: İran   metro  





Xəbər lenti