Banqladeşdə iğtişaşlarda 20-yə yaxın polis yaralanıb

Banqladeşdə iğtişaşlarda 20-yə yaxın polis yaralanıb
  29 İyul 2023    Oxunub:1234
Banqladeşin müxalifəti və hakim partiyasının tərəfdarları artıq ikinci gündür ki, Dəkkədə minlərlə insanın qatıldığı etiraz aksiyası keçirir, iyirmiyə yaxın polis yaralanıb, azı 90 nəfər saxlanılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin nümayəndəsi Faruk Əhməd məlumat verib.

Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən bəri hakimiyyətdə olan və müxalifət tərəfindən demokratik azadlıqları boğmaqda ittiham olunan Baş nazir Şeyx Hasinanın istefası tələbi ilə son həftələr etiraz aksiyası keçirirlər. 2024-cü ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir. Müxalifət Hasinanın istefasını və keçid hökuməti altında seçkilərin keçirilməsini tələb edir. Onların fikrincə, bu, seçkilərin ədalətli baş tutmasına zəmanət verəcək.

AzVision.az



Teqlər: Banqladeş   İğtişaşlar  





Xəbər lenti