Rusiya Zaporojyeyə zərbə endirib, 1 kişi və 1 qadın ölüb

Rusiya Zaporojyeyə zərbə endirib, 1 kişi və 1 qadın ölüb
  29 İyul 2023    Oxunub:949
Rusiyanın Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bunu şəhər sovetinin katibi Anatoli Kurtev teleqramda bildirib.

“Düşmən raketi açıq əraziyə düşüb. Təəssüf ki, bir kişi və bir qadın ölüb. Daha bir qadın yaralanıb. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, - o qeyd edib.

AzVision.az



Teqlər: Rusiya   Zaporojye   Zərbə  





Xəbər lenti