Lütfi Zadə: “İlham Əliyev müdrik adamdır”

Lütfi Zadə: “İlham Əliyev müdrik adamdır”
  05 İyun 2014    Oxunub:1137
“İlham Əliyev və onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli aparır”.

AzVision.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə AzərTAc-a müsahibəsində deyib.

Lütfi Zadə müsahibəsində prezident İlham Əliyevin apardığı siyasətdən söz açıb.

“Mən dəfələrlə demişəm və yenə deyirəm: Əminəm ki, Azərbaycan düzgün yoldadır. Bunun iki səbəbi var. Birinci səbəb - neft-qaz sənayesinin inkişafına üstünlük verilməsi, ikinci səbəb – Azərbaycanın rəhbərliyidir. Prezident İlham Əliyev çox savadlı və müdrik adamdır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür.

Mənim fikrimcə, İlham Əliyev və onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli aparır. O, enerjili, təşəbbüskar və uzaqgörən adamdır. Buna görə də düşünürəm ki, həmin keyfiyyətlərin bir şəxsdə cəmləşməsi Azərbaycanın parlaq gələcəyinə təminat verir. Təbii ki, Azərbaycan uzaq gələcək haqqında – neft ehtiyatlarının tükənə biləcəyi dövr barədə düşünməlidir. Lakin mən onu da bilirəm ki, Azərbaycan hökuməti artıq indidən bu barədə düşünür.

Ölkənin təkcə neftdən və qazdan asılı olmaması üçün Azərbaycan rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi barədə fikirləşir. Azərbaycanı regionun digər ölkələri ilə müqayisə etsək görərik ki, İraqdan və ya Əfqanıstandan fərqli olaraq Azərbaycanda sabitlik bərqərar olub. Onu da qeyd etməliyəm ki, Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti