Makron Şri-Lankaya səfər edən ilk fransız lideridir

Makron Şri-Lankaya səfər edən ilk fransız lideridir
  29 İyul 2023    Oxunub:1089
Fransa Prezidenti Emmanuel Makron Şri-Lankaya səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə "Radio French International" (RFI) məlumat yayıb.

Bununla Makron Şri-Lankaya səfər edən ilk fransız lideri olub.

Makron Fransa ilə Şri-Lanka arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə ölkəyə səfər edib.

Səfəri çərçivəsində yalnız paytaxt Kolombo hava limanında qalan Makron Şri Lanka prezidenti Ranil Vikremesinqhe və xarici işlər naziri Əli Sabri ilə görüşüb.

Makron çətin iqtisadi dövrlər yaşayan Şri-Lankaya borc veriləcəyi vədini verib.

Səfər iki saat çəkib.

AzVision.az



Teqlər: Makron   Şri-Lanka  





Xəbər lenti