Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib

   Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib
  30 İyul 2023    Oxunub:1144
İrəvan məhkəməsi diplomat, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı həbs edib. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Paytaxtın birinci instansiya məhkəməsi bu gün keçirdiyi iclasda diplomat barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bir neçə saat əvvəl isə onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan həbs edilib.

Ata və oğul dələduzluqda şübhəli bilinərək saxlanılıblar. Onlar dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda təqsirli bilinirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti