Pakistanda güclü partlayış - 35 ölü, 200 yaralı

    Pakistanda güclü partlayış -  35 ölü, 200 yaralı
  30 İyul 2023    Oxunub:852
Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Bajaur rayonunda keçirilən mitinq zamanı partlayış baş verib.
AzVision.az "Gel News" kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub.

Məlumata görə, 200-ə yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

Kamikadze hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti