"Bu, Allaha qarşı təhqirdir" - Roma Papası

   "Bu, Allaha qarşı təhqirdir" -    Roma Papası
  30 İyul 2023    Oxunub:1409
Roma Papası Fransisk Rusiya hakimiyyətinə müraciət edib.
AzVision.az xəbər verir ki, o, Rusiyanı Qara dəniz limanlarından Ukrayna taxılının ixracı ilə bağlı müqaviləni yeniləməyə çağırıb.

"Mən qardaşlarımı, Rusiya hakimiyyətinin nümayəndələrini taxılın təhlükəsiz daşınması üçün Qara dəniz təşəbbüsünü yeniləməyə çağırıram", - o bildirib.

Fransisk Ukraynada taxılın məhv edilməsini pisləyib və bunu “Allaha qarşı ağır təhqir” adlandırıb.

Ukrayna prezidenti Volodimir Zelenski "Twitter" hesabında Roma Papasının müraciətini dəstəkləyib.

AzVision.az




Teqlər:





Xəbər lenti