KİV DF Elçin Şıxlıya yardım etməyəcək
.jpg)
Əgər layihə icra olunmursa, onun şərtləri yerinə yetirilmirsə, avtomatik olaraq fondun həmin layihəni maliyyələşdirməsi də dayandırılır. Qəzet layihə çərçivəsində dərc etdiyi yazılar haqqında hər ay bizə hesabat verir, sənəd təqdim edir. Biz də həmin hesabat, sənəd əsasında vəsait ayırırıq. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan “Zerkalo”ya hər ay 10 min manat pul ayrılırdı. Qəzet may ayında heç bir sənəd təqdim etməyib və onların öz məktubuna əsasən mayın 1-dən “Zerkalo”ya ayrılan vəsait dayandırılıb”.
Vüqar Səfərli vurğulayıb ki, layihə müqabilində vəsaitin ayrılmasından başqa qəzetə fərqli formada dəstək verə bilməzlər: “Biz heç kimə başqa formada yardım etmirik. Buna fonddakı vəsaitin həcmi də imkan vermir. Keçən il 30 qəzet maliyyələşirdisə, bu il onların sayı artıb, 34-ə çatıb. Hər hansı layihənin maliyyələşdirilməsi üçün qəzetlərin dövriliyi, tirajı, satışı ilə bağlı müəyyən olunmuş şərtlər də var. Kim həmin şərtlər daxilində sənəd verirsə, onlara maliyyə ayırırıq. Əvvəl qəzetlərə birdəfəlik yardımlar olurdu, iki ildir bu yoxdur. Çünki həmin vəsaiti bölüb aylıq veririk. Qəzetlərin hamısına vəsait ancaq layihə çərçivəsində verilir. Fonddan qəzetlərə başqa kömək göstərilmir”.
“Ayna” və “Zerkalo” qəzetləri 1990-cu ilin avqustunda yaradılıb. İyunun 1-dən “Ayna” və “Zerkalo” qəzetləri fəaliyyəti dayandırıb. Qəzetlərin baş redaktoru Elçin Şıxlı bəyan edib ki, işin dayanması maddi problemlə əlaqədardır.
May ayının əvvəlində “Ayna” və “Zerkalo” qəzetləri dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmayıb.
Teqlər: