Taliban musiqi alətlərini müsadirə edərək yandırıb

   Taliban musiqi alətlərini müsadirə edərək yandırıb
  30 İyul 2023    Oxunub:1029
Əfqanıstanın qərbində Herat əyalətində İslami İrşad Nazirliyinin şöbəsi musiqi alətlərini müsadirə edərək yandırıb. Bu barədə RİA Novosti xəbər verir.
Agentlikdən verilən məlumata görə, nazirliyin nümayəndələri hər hansı musiqi alətinin satışının və istifadəsinin din tərəfindən qadağan olunduğunu bildirib, qanunu pozanların ciddi hüquqi nəticələrlə üzləşəcəyini qeyd ediblər.

Onların fikrincə, musiqi gəncləri yanlış yola sürükləyir. Əhalidən nağara və qarmonlar müsadirə edilərək məhv edilib.

Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda avtomobillərdə musiqiyə və qadın səsindən istifadə edilən musiqi əsərlərinə qadağa qoyulub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti