Nigerdə Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO

   Nigerdə Fransa səfirliyi qarşısında aksiya keçirilir -    VİDEO
  30 İyul 2023    Oxunub:1100
Fransa hökməti çevrilişin baş verdiyi Nigerdən öz vətəndaşlarının təxliyəsi ilə bağlı hələ qərar verməyib. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna RTL radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, Nigerdə ​​500-600 fransız var. Hazırda vəziyyətin "bir az sakitləşdiyini" qeyd edən Kolonna: "Fransa, həmişə olduğu kimi, öz vətəndaşlarını qoruyur və biz də mümkün qədər sayıqıq",- deyib.

"Bütün Fransa vətəndaşları ilə əlaqə qurulub. Belə vəziyyətlərdə həmişə olduğu kimi, ehtiyat tədbirləri görülür", - nazir əlavə edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisin öz vətəndaşlarına, eləcə də xarici qurumlara qarşı hücumlara dözməyəcəyini bildirmiş və belə hadisələr baş verəcəyi təqdirdə sərt cavab verəcəyini vəd etmişdi. Fransa Xarici İşlər Nazirliyi də xarici nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə çıxış edib.

"Agence France-Presse"in daha əvvəl xəbər verdiyi kimi, Nigerin paytaxtı Niameydə Fransa səfirliyi qarşısında böyük nümayiş keçirilir.

Etirazçılar xüsusən də ölkədə xarici bazaların olmasına qarşıdırlar. Niamey şəhərində Fransanın ən böyük hava bazası yerləşi və onun fransız kontingenti təxminən 1,5 min əsgərdir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti