Peruda avtobus uçuruma düşüb, 15 nəfər ölüb

Peruda avtobus uçuruma düşüb, 15 nəfər ölüb
  31 İyul 2023    Oxunub:742
Perunun şimal-qərbində avtobusun uçuruma aşması nəticəsində azı 15 nəfər ölüb.
Bu barədə RPP radiostansiyası məlumat yayıb. Məlumata görə, San-Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.

Qəzada yaralanan 20-dən çox şəxs müxtəlif xəsarətlə xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri hələ məlum deyil. Peru Quru Nəqliyyat İdarəsi faktla bağlı araşdırmaya başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti